Ərdoğan və Putin Soçi memorandumuna bağlılıqlarını təsdiq ediblər

9 Noyabr 2019 23:16

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.

Milli.Az Trend-ə istinadən bildirir ki, telefon danışığı zamanı tərəflər 22 oktyabr tarixli Soçi memorandumuna bağlı olduqlarını təsdiq ediblər.

Ölkə başçıları Suriyadakı vəziyyəti, ikitərəfli əlaqələrin inkişafını və Rusiya ilə Türkiyə arasında ticarətin artırılması addımlarını da müzakirə ediblər.

Milli.Az