3 otaqlı ev yanıb

9 Noyabr 2019 21:04

İsmayıllıda yanğın qeydə alınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, rayonun Kürd Eldarbəyli kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az