Bakıda 40 min dollarlıq brilyant oğurlandı

9 Noyabr 2019 20:27

Bakı sakini zərgəri ona məxsus üzüyün brilyant qaşını dəyişdirməkdə günahlandırıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki,  48 yaşlı Zəminə Məhərrəmova bu barədə Sabunçu rayonu 14-cü Polis Bölməsinə müraciət edib.

Qadın noyabrın 6-da V.Vəliyev adlı zərgərin onun üzüyünün 40 min dollar dəyərində brilyant qaşını sirkon qaşla dəyişdiyini deyib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az