Mağazadan pul və telefon oğurlayan şəxs tutulub

9 Noyabr 2019 20:13

Qobustanda mağazadan pul və telefon oğurlayan şəxs tutulub.

Milli.Az Trend-ə istinadən bildirir ki, Qobustan RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisindəki mağazaların birindən 500 manat pul, 1 ədəd mobil telefon və danışıq kartları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini N.Məmmədov saxlanılıb.

Milli.Az