Şeydayev oynadı, komandası qələbə qazandı

9 Noyabr 2019 20:06

Rusiya Premyer Liqasında 16-cı turun oyunları keçirilir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki,  Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi Moskva "Dinamo"su səfərdə "Rubin"lə qarşılaşıb və qələbə qazanıb - 1:0.

Şeydayev 73-cü dəqiqədə komandası 1:0 hesabı ilə öndə olarkən meydana daxil olub.

"Dinamo" hazırda 18 xalla 11-ci pillədə qərarlaşıb.

Milli.Az