Ermənistan parlamentinin binasında yanğın olub

9 Noyabr 2019 19:31

Ermənistan parlamentinin binalar kompleksinin ərazisində yanğın baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, yanğın baş verən əraziyə çox sayda yanğınsöndürən briqadası cəlb edilib.

Yerli vaxtla saat 17:18-də başlayan yanğın saat 18:20-də söndürülüb.

Bildirilir ki, hadisə yerinə həmçinin ölkənin fövqəladə hallar naziri Feliks Tsolakyan da gəlib.

Yanğın nəticəsində xəsarət alanlar barədə məlumat verilmir.

Milli.Az