Ukraynada oliqarxların təsiri azalır - Baş nazir

9 Noyabr 2019 18:54

Ukrayna hökumətinə oliqarxların təsiri mütəmadi olaraq azalır.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Baş naziri Aleksey Qonçaruk öz Feysbuk səhifəsində paylaşıb.

O özünə qarşı nə Rinat Axmetov, nə də İqor Kolomoyski tərəfindən təsir göstərilmədiyini bildirib. Qonçaruk həmçinin Ukrayna Prezidenti Vladimir Zelenskinin heç bir oliqarx tərəfindən SMS-lə idarə edilmədiyini deyib.

Milli.Az