XİN: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Rusiya Prezidentinin diqqət mərkəzindədir

9 Noyabr 2019 14:32

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Rusiya Prezidentinin diqqət mərkəzindədir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.

Bildirilir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə vasitəçilik səylərində fəal iştirakını davam etdirməkdədir.

Məlumatda qeyd olunur: "Dağlıq Qarabağ münaqişəsinin həllində tərəfləri dəstəkləmək Rusiya xarici siyasətinin prioritetlərindən biri olub və ölkə prezidentinin də diqqət mərkəzindədir Bizim qəti mövqeyimiz budur ki, münaqişənin yalnız siyasi diplomatik vasitələrlə, tərəflər arasında danışıqlar yolu ilə həll olunması vacibdir. Fikrimizcə, siyasi iradə olduğu halda diplomatik səylərlə gec-tez irəliləyişə nail olmaq və razılığa gəlmək mümkün olacaq".

Milli.Az