Nadir Qafarzadənin dostu BACISINI QAÇIRDIB - Eşitdim ki, mənim bacımı... - FOTO

9 Noyabr 2019 13:44

"Zaur, icazə versən, orta məktəbdə mənə dərs deyən bir müəllimimi təbrik edim. Riyaziyyat müəllimim Qalib Məmmədovun sabah yubileyidir. İstədim hər şey üçün ona təşəkkür edim. Mənim orta məktəbdə əziyyətimi çox çəkib. Bizə bilik veribdir. Qalib müəllim, 60 yaşınız mübarək olsun"

Milli.Az xəbər verir ki, bunu Nadir Qafarzadə dünən qonağı olduğu  "5/5"də deyib.

Nadirin təbrik etdiyi şəxs barədə növbəti etirafı hər kəsi təəccübləndirib:

"Həm də o Qalib müəllim ki, məktəbdə mənimlə dost idi, şagirdi idim onun. Sonra əsgərliyə getdim, eşitdim ki, mənim bacımı qaçırıb. Artıq 30 ildir evlidirlər. İki balaları var. Amma mən onu bağışladım. Həm bacımım yoldaşıdır, həm mənim müəllimimdir, həm də bacımın müəllimidir".

Məhəmməd Vaqif
Milli.Az