Azərbaycanlı aktrisa ölən anasının FOTOsunu paylaşdı

9 Noyabr 2019 12:54

Aktrisa-aparıcı Könül Yusif qızının anası Məmmədova Suvaranın ölümündən 1 il keçib.

Milli.Az xəbər verir ki, aktrisa anası ilə çəkdirdiyi bir fotosunu sosial şəbəkə hesabından paylaşıb.

Könül anasız keçən bir il ilə bağlı paylaşımına "Mama, bu səninlə olan ən sevdiyim şəklimizdir. Keçən ilin bu günü elə bu saatlarda məni tərk edib, Allahın rəhmətinə qovuşdun. Arxam-dayağım idin. Sənin ölümünlə mən böyüdüm. Darıxıram sənsiz. Yerin behişt olsun. Allah cəmi ölən valideynlərimizə rəhmət eləsin" şərhini yazıb.

Bu da aktrisanın anasının FOTOsu:

Məhəmməd Vaqif
Milli.Az