"Barselona" Suaresi havayı buraxır

9 Noyabr 2019 18:06

"Barselona"nın hücumçusu Luis Suares karyerasını ABŞ-da davam etdirə bilər.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, MLS klubları Uruqvay millisinin xidmətində maraqlıdı.

Xüsusən də, Devid Bekhemə məxsus "İnter Mayami" onun transferində israrlıdı. Suares özü də ABŞ-a köçməkdə maraqlıdı. Kataloniya klubu 32 yaşlı forvardın əvvəlki vəziyyətdə oynaya bilməyəcəyini başa düşür və onu hətta azad agent kimi buraxmağı nəzərdən keçirir.

Suaresin müqavilə müddəti 2021-ci ilin yayına qədər olsa da, futbolçu mövsümün sonunda "İnter Mayami"yə havayı keçə bilər.

Milli.Az