İŞİD bu hücuma görə məsuliyyəti öz üzərinə götürdü

9 Noyabr 2019 14:39

İŞİD terror təşkilatı Tacikistan-Özbəkistan sərhədindəki silahlı hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Amerikanın SİTE Kəşfiyyat Qrupu məlumat verib.

Qeyd edək ki, noyabrın 6-da 20 silahlı şəxs Tacikistan - Özbəkistan sərhədində yerləşən Sultanabad sərhəd dəstəsinin "İşkobod" zastavasına hücum edib. 

Hücum zamanı 15 silahlı məhv edilib, 5 nəfər saxlanılıb. Bundan başqa, bir nəfər sərhədçi və bir nəfər polis əməkdaşı ölüb.

Tacikistan Milli Təhlükəsizlik Komitəsi sərhəd zastavasına hücum edən şəxslərin Əfqanıstandan gələn İŞİD döyüşçüləri olduğunu bildirib.

Milli.Az