Müğənniyə efir vaxtı zəng etdi: aldığı cavab TƏƏCCÜBLƏNDİRDİ: Ayıb olsun... - FOTO

9 Noyabr 2019 12:29

Tarix Əliyev (Tolik) həmkarı Zaur Kamalı ARB-nin "Səhər-Səhər" proqramında tənqid etdiyi üçün efir qadağası qoyduğu əməkdar artist Yusif Mustafayevə zəng edib.

Milli.Az xəbər verir ki, Tolikin "5/5"in efirində olmağından xəbərsiz olan əməkdar artistlə telefon danışığı hər kəsi təəccübləndirib.

Yusif Mustafayevin Tolikin "Necəsiniz, Yusif müəllim?" sözünə "Kimdir danışan?" cavabı aparıcını canlı yayımda pərt edib. Tolik əməkdar artistə "A, çox sağol. Ayıb olsun sənə. Tolikdir" sözləri ilə reaksiya verib. Bu dioloq studiyada qonaqların və tamaşaçıların gülüşü ilə qarşılanıb.

Eyni zamanda tərəflər arasında buzların artıq əridiyi də tamaşaçıların diqqətindən qaçmayıb.

Xatırladaq ki, Zaur Kamal "5/5" verilişində əməkdar artist Y.Mustafayevin villasının görüntülərini yayımlamışdı. İfaçı ARB-də yayımlanan "Səhər-səhər" proqramında Zauru bu addımına görə "Evimi çəkib verənə lənət olsun. Söz tapmırlar danışmağa. Deyirlər, get onu məhkəməyə ver ki, icazəsiz evini çəkib. Etmirəm, lazım deyil. Mənim villamdan danışana o gün biri yaxşı cavab verdi. Qayıtdı ki, sən 35 mini götürüb, istirahətə gedirsən. Mən xaricə getmirəm, 35 min xərcləmirəm. Bakıda dincəlirəm. Evimi çəkdirən oğlan, özünü yığışdır, sənə ayıb olsun. Get atanın evini çək. İçəri girə bilməyiblər, qələt edirlər. Gəlib, uzaqdan çəkiblər" sözləri ilə tənqid atəşinə tutub.

Turqut
Milli.Az