Ukraynada eyvanda qumbara partladı: ölən var

9 Noyabr 2019 13:54

Ukraynada 23 yaşlı kişi qumbara partlaması nəticəsində ölüb. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Xarkov vilayətində yaşayan 23 yaşlı gənc evinin eyvanında olarkən qumbara partlayıb və kişi oradaca ölüb.

Onun meyitini nənəsi tapıb.

Ukrayna polisi qumbara partlamasının səbəbini araşdırır.

Milli.Az