Tramp Moskvada paradda iştirak etmək istədiyini deyib - Qələbə günü münasibətilə

9 Noyabr 2019 11:34

ABŞ Prezidenti Donald Tramp mayın 9-da Qələbə günü münasibətilə Moskvada təntənəli tədbirdə iştirak etmək istədiyini etiraf edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, amerikalı lider bunu TASS informasiya agentliyinin sualını cavablandırarkən deyib.

D.Tramp qeyd edib ki, həqiqətən bu tədbirlərdə iştirak etmək üçün dəvət alıb. Lakin 2020-ci ildə həmin dönəmlərdə ABŞ-da seçkiöncəsi olduğu üçün Moskvaya səfər edib-etməyəcəyi barədə konkret söz deməyə çətinlik çəkdiyini deyib.

Milli.Az