Ramil Şeydayev üçün yeni baş məşqçi

9 Noyabr 2019 10:24

Millimizin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi Rusiya "Dinamo"nun yeni baş məşqçisi müəyyənləşib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu vəzifəyə Kirill Novikov təyin edilib. Onunla bu mövsümün sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, Dmitri Xoxlovun istefaya göndərilməsindən sonra baş məşqçi səlahiyyətlərini məhz K.Novikov yerinə yetirirdi.

Xatırladaq ki, Moskva təmsilçisi 15 turdan sonra 15 xalla 16 komanda arasında 13-cü pillədə qərarlaşıb.

Milli.Az