"Fənərbağça"nın oyununda 5 qol, 2 qırmızı vərəqə - VİDEO - FOTO

9 Noyabr 2019 09:36

Türkiyə Super Liqasında 11-ci tura start verilib.

Milli.Az xəbər verir ki, turun açılış matçında "Fənərbağça" öz meydanında "Kasımpaşa"nı qəbul edib. İstanbul derbisi "sarı-lacivərtlilər"in 3:2 hesablı qələbəsiylə başa çatıb.\

Xallarını 20-yə yüksəldən "Fənərbağça" Super Liqada turnir cədvəlinin zirvəsindədir. 12 xalı olan "Kasımpaşa" isə 11-ci pillədədir.

"Fənərbağça" - "Kasımpaşa" 3:2

Qollar: Vedat Muriç, 6 (pen), 44 (pen), Sərdar Əziz, 59 - Əbdül Xəlili, 37, Siam Ben Yussef, 56

Qırmızı vərəqə: Maurisio İsla, 72 - Kərim Hafez, 45

Milli.Az