İstanbulda restoranda silahlı dava baş verib

9 Noyabr 2019 09:02

İstanbulda davaya çevrilən bir mübahisədə iki nəfər yaralanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə Büyükçekmece rayonunda yerləşən restoranların birində baş verib.

Dava zamanı onlardan biri silahla, digəri isə bıçaqla yaralanıb.

Yaralılar təcili yardım maşını ilə özəl xəstəxanaya çatdırılıb. Onların vəziyyəti yaxşıdır.

Milli.Az