Boliviyanın üç şəhərində polis seçki nəticələrinə qarşı olan etirazlara qoşulub

9 Noyabr 2019 07:15

Boliviyanın üç şəhərində polislər Evo Moralesin yenidən seçilməsinə qarşı etirazlara qoşulub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "El Deber" və "Le Razon" qəzetləri bildiriblər.

Məlumata əsasən, birinci olaraq Koçabamba şəhərinin polisləri qalxıb.

Onlara ölkənin ən böyük şəhəri Santa Kruzdakı hüquq mühafizə orqanlarının əməkdaşları qatılıblar.

Boliviyanın konstitusiya paytaxtı Sukredə də polislər seçki nəticələrinə yenidən baxılmasını tələb edib.

Milli.Az