Qoyun oğruları tutulub

8 Noyabr 2019 21:09

Ağcabədidə qoyun oğruları tutulub.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Ağcabədi RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 4-də rayon sakini E.Məmmədovun həyətyanı sahəsindən 6 baş qoyun oğurlamaqda şübhəli bilinən şəhər sakinləri E.Ələsgərov, R.Fətəliyev və E.Qılıcova saxlanılıblar.

Milli.Az