Platini UEFA-dan 7.2 milyon avro tələb edir

8 Noyabr 2019 21:59

UEFA-nın sabiq prezidenti Mişel Platini maaş borcunun ödənilməsi üçün məhkəməyə müraciət edib.

Milli.Az Qol.az-a istinadən bildirir ki, o, təşkilatın ona ümumilikdə 7.2 milyon avro (5.5 milyon avro əməkhaqqı borcu) ödəməsini istəyir.

Qeyd edək ki, Mişel Platini UEFA-ya 2007-2015-ci illərdə rəhbərlik edib. 2015-ci il oktyabrın 8-də FIFA Etika Komitəsinin Arbitraj Palatası korrupsiyada ittiham olunan veteran futbolçunu 90 gün müddətinə vəzifəsindən kənarlaşdırıb. Dekabrın 21-də isə Platini 8 il müddətinə diskvalifikasiyaya məruz qalıb. Sonradan bu cəza 4 ilə qədər azaldılıb. və bu ilin oktybarında başa çatıb.

Milli.Az