Göyçay sakininin bank hesabından pul çıxaran şəxs tutuldu

8 Noyabr 2019 20:54

Göyçay sakininin bank hesabından pul çıxaran şəxs tutulub.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Göyçay RPŞ-nin əməkdaşları tərəfindən noyabrın 6-da rayon ərazisindəki evlərin birindən V.Mütəllimovun bank kartını oğurlayaraq hesabındakı 210 manatı çıxarmaqda şübhəli bilinən Çərəkə kənd sakini A.Mütəllimov saxlanılıb.

Milli.Az