Acun nə qədər maaş alır?

8 Noyabr 2019 20:49

TV8-in rəhbəri, prodüser Acun Ilıcalı "Söylemezsem olmaz" proqramına qatılıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, şəxsi həyatı haqda səmimi açıqlamalar verən Ilıcalı maaşı və hazırkı peşəsi ilə bağlı sualı da cavablandırıb:

"Prodüserliyi çox sevirəm. Peşəyə müxbirliklə başlamışam. Sonra isə işi böyütdüm. Yaxşı qazanıram. Maaşımı hesablamağa isə 6 saata qədər vaxt lazımdır".

Uşaqları çox sevdiyini söyləyən prodüser 5-ci dəfə ata ola biləcəyini də istisna etməyib.

"Ərköyün uşaqlara səbrim çatmasa da, qızlarıma qarşı duyğularım fərqlidir. Doğrudur, beşinci uşağı planlaşdırmıram. Ancaq niyə olmasın ki?" deyə, o, bildirib.

Milli.Az