Mütəxəssislər yaxın on ildə ən çox tələb olunacaq peşələrin siyahısını hazırlayıb.
Siyahıda həm 2020-2023-cü illərdə yüksək tələbat görəcək perspektivli peşələr müəyyənləşdirilib, həm də gələcəkdə, 2024-2025-ci illərdən sonra ortaya çıxacaq peşələr göstərilib.
Milli.Az İnterAz-a istinadən həmin siyahını sizə təqdim edir:
Biomühəndis
Müxtəlif tibbi problemləri həll etmək, sağlamlığı qorumaq üçün biologiya və tibbdə mühəndislik prinsiplərindən istifadə edərək canlı orqanizmin xüsusiyyətlərini öyrənən və dəyişdirən (eyni zamanda yenisini inkişaf etdirən) mütəxəssis.
Biofarmokoloq
Yeni bioloji məhsulların - canlı bioloji sistemlərin, bədən toxumalarının, biotexnologiyaların köməyi ilə əldə edilən tibbi məhsulların yaradılması üzrə mütəxəssis.
"Ağıllı" cəmiyyət yaradıcısı
İşləməsi, idarə olunması, yenidən qurulması və optimallaşdırılması üçün zəruri olan məlumatları müstəqil qəbul və ötürmə qabiliyyətinə malik texnologiyalar hazırlayan İT mütəxəssisi.
Kiber təhlükəsizlik üzrə mütəxəssis
Xüsusi infrastrukturun yaradılması, dəstəklənməsi və yaxşılaşdırılması, informasiya sistemləri və rəqəmsal mühitin kiberhücumlardan, məlumatların sızmasından, digər kiber təhdidlərdən qoruyan, habelə kiber cinayətlərin araşdırılmasında iştirak edən İT mütəxəssisi.
Neyropsixoloq
Onun fəaliyyəti psixologiya və nevrologiyanın kəsişməsindədir. O, beynin quruluşu və prinsipləri ilə zehni proseslər və insan davranışları arasındakı əlaqəni öyrənir.
Proqramist
Bu peşə hazırda da çox tələb görür və insan həyatının, fəaliyyətinin bütün sahələrinin rəqəmsallaşdırılmasını nəzərə alsaq, getdikcə bu tendensiya daha da zəruri hal alacaq.
3D çap üzrə mütəxəssis
Riyazi və yaradıcılıq qabiliyyətləri olan üçölçülü dizayn üzrə mütəxəssis.
Bu iş müxtəlif sahələrdə, memarlıq, inşaat, tibb, geyim və ayaqqabı istehsalında da tələb görəcək.
Milli.Az