"Regional İnkişaf" İctimai Birliyinin təşkilatçılığı ilə Dövlət Bayrağı Gününə həsr olunan ağacəkmə aksiyası keçirilib - FOTO

8 Noyabr 2019 15:37

"Regional İnkişaf" İctimai Birliyinin təşkilatçılığı ilə 9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunan ağacəkmə aksiyası keçirilib.

Milli.Az xəbər verir ki, İctimai Birlikdən Trend-ə verilən məlumata görə, Suraxanı rayonunda təşkil olunan aksiya "Regional İnkişaf" İctimai Birliyinin "Təbiət naminə birləş, Həyat naminə birləş!" layihəsi çərçivəsində həyata keçirilib.

Bu dəfə rayon sakinləri, gənclər 9 noyabr - Dövlət Bayrağı Günü ərəfəsində bir olaraq ekoloji aksiyaya öz töhfələrini veriblər.

Qeyd edək ki, "Təbiət naminə birləş, Həyat naminə birləş!" layihəsi üzrə Bakıda və respublikanın müxtəlif rayonlarında 100-lərlə ağacın əkilməsi nəzərdə tutulub.

Milli.Az