Gürcüstanda yanacaqdoldurma məntəqəsində partlayış: ölən var

8 Noyabr 2019 15:04

Gürcüstanın Kaxeti rayonunun Telavi şəhərində qazdoldurma məntəqəsində partlayış baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bir neçə dəqiqə əvvəl baş vermiş partlayış zamanı bir nəfər həlak olub. Məlumata görə, məntəqəyə daxil olan minik maşınında baş verən yanğın partlayışa səbəb olub. Avtomobilin sürücüsü hadisə yerində həlak olub.

Əraziyə yanğınsöndürən maşınlar və polis patrul xidmətinin əməkdaşları səfərbər olub.

Milli.Az