Balakəndə ferma yanıb

8 Noyabr 2019 09:39

Balakəndə ferma yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, rayonun Qazma kəndində ümumi sahəsi 1000 m² olan fermanın yanar konstruksiyaları və içərisinə yığılan 140 ton ot bağlamasının 100 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az