Məşhur repçi şəxsi əşyalarını evində satışa çıxardı - FOTO

8 Noyabr 2019 09:59

Dünyaca məşhur repçi Kris Braun şəxsi əşyalarını evində satışa çıxarıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, amerikalı sənətçi tvitter və instaqramdakı səhifələrində satış barədə məlumat verib.

Bundan sonra ifaçının pərəstişkarları onun Los-Ancelesdəki villasına axın ediblər. Onlar saatlarla sıra gözləyərək Krisə məxsus hər hansı bir əşyaya sahib olublar.

Milli.Az