Kiçik təyyarə Kaliforniyadakı evə çırpıldı

8 Noyabr 2019 08:52

Tək mühərrikli təyyarə ABŞ-ın Kaliforniya ştatında yerləşən bir evə qəzaya uğrayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisədən sonra binada yanğın baş verib. Qəza zamanında evdə bir kişi və bir uşaq vardı, qaçmağı bacarıblar. Pilotun taleyi məlum deyil.

İlkin məlumatlara görə, təyyarədə sərnişin olmayıb.

Milli.Az