“Yeni nəfəs” adlı konsert proqramı təqdim ediləcək

7 Noyabr 2019 23:11

Noyabrın 8-də saat 19:00-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Ə.Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbi 9 noyabr - "Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü"nə həsr olunan "Yeni nəfəs" adlı solo konsert proqramı təqdim edəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, konsertdə təhsil müəssisəsinin şagirdləri gözəl ifaları ilə çıxış edəcəklər.

Həmçinin məktəbin direktoru, Xalq artisti Fidan Hacıyeva öz ifası ilə azyaşlı şagirdlərə dəstək olacaq.

Milli.Az