Türkiyədə azərbaycanlı hamilə qadın qəzaya düşdü

7 Noyabr 2019 22:43

Türkiyənin Manisa şəhərində 28 yaşlı azərbaycanlı qadın yol qəzası nəticəsində xəsarət alıb.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə "Hürriyet" saytı məlumat yayıb.

Məlumata görə, qəza bu gün günorta saatlarında baş verib. Həsən Arslan adlı şəxsin idarə etdiyi avtomobil Səma Dumanlının idarə etdiyi 3 təkərli elektrikli velosipedlə toqquşub. Nəticədə velosipeddə olan sərnişin - 3 aylıq hamilə Sonaxanım Məmmədova xəsarət alıb.

Yaxınlıqda olan vətəndaşlar təcili yardım çağırıblar. Həmyerlimiz xəstəxanaya yerləşdirilib. Hazırda vəziyyəti qənaətbəxşdir.

Milli.Az