İŞİD Rusiyaya gəlir - Kəşfiyyatdan şok xəbərdarlıq

7 Noyabr 2019 20:54

Rusiya Federal Təhlükəsizlik Xidməti ölkə ərazisində terror təhlükəsi ilə bağlı açıqlama yayıb.

Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə xidmətin rəisi Aleksandr Bortnikov məlumat yayıb.

Bortnikovun sözlərinə görə, Yaxın Şərqdəki cihadçı militanların qohumları Rusiyaya qayıdaraq ölkə ərazilərində terror təhlükəsi yarada bilər.

O, 2000 Rusiya vətəndaşının Yaxın Şərqdəki terrorçularla qohum olduğunu bildirib:

"Bu insanlar müxtəlif dəhlizlər vasitəsilə Yaxın Şərqdə savaşın olduğu bölgələrdən Rusiyaya gələ bilər".

Milli.Az