Ata kibrit yandırdı, evdə partlayış oldu - FOTO

7 Noyabr 2019 19:44

Zərdabda partlayış olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Siləyli kəndində baş verib.

İlkin məlumatlara görə, evdə olan maye qaz balonunda sızma qeydə alınıb. Ev sahibi otaqda kibrit yandırdıqdan sonra partlayış olub.

Hadisə nəticəsində ev sahibi olan ata və azyaşlı oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Bakıda olan xəstəxanalardan birinə göndəriliblər.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az