Yevlax sakini paytaxt sakininin pulqabısını oğurladı

7 Noyabr 2019 18:24

Bakı şəhər sakininin pulqabısını oğurlayan şəxs saxlanılıb.

Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, Xətai RPİ 37-ci PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhər sakini O.Vəliyevin içərisində 1300 manat, sənəd və açarlar olan pulqabısını oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini V.Həsənov saxlanılıb.

Milli.Az