Panasonic özünü idarə edən avtomobil üçün paylaşma sistemi hazırlayır

9 Noyabr 2019 23:55

Yaponiyanın "Panasonic" şirkəti 2021-ci ildə avtopilot avtomobilləri üçün paylaşma xidməti təqdim etməyi planlaşdırır. Mobil xidmət xüsusilə kiçik şəhərlərdə və məhdud ərazilərdə tələb oluna bilər. Bura tematik parklar, hotellər, sərgi məkanları, ofis kompleksləri və s. daxildir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Panasonic, sistemin ticari işə salınmasını ərəfəsində onu Kadoma, Yaponiyanın Osaka bölgəsindəki qərargahında sınaqdan keçirməyə başladı. 468,400 kv.m. ərazidə ümumi olaraq 14,200 nəfər çalışır. İndi uzunluğu 2,4 km olan dairəvi marşrutla bağlanan müxtəlif binalar arasındakı hərəkətlərə daha az vaxt və səy sərf olunacaq. Özünü idarə edən dörd nəfərlik avtomobillər saatda 20 km sürətlə hərəkət edir. Onlar ortalama 21 dəqiqə ərzində tam bir dairə edirlər. İş günləri saat 9: 20-dən 16: 30-dək 40-a qədər dairəvi marşrut həyata keçiriləcək. Reyslər arasındakı interval 4 -10 dəqiqə arası dəyişir.

"Biz avtopilotlu sürətli avtomobillər hazırlamağa çalışmırıq, çünki biz avtomobil istehsalçısı deyilik. Məqsədimiz insanlar üçün rahat nəqliyyat yaratmaqdır", - deyə layihənin təqdimatında "Panasonic" şirkətinin nümayəndəsi bildirmişdir. Nəqliyyat vasitələri, üçüncü tərəf şirkəti tərəfindən istehsal edilmişdir, lakin Panasonic onları öz sensorları, kameraları və telekommunikasiya vasitələri ilə təchiz edir. Sınaq zamanı tərtibatçılar, davamlı olaraq avtomobillərdəki sensordan alınan sərnişinlərin sayı barədə məlumatları toplayaraq təhlil edəcəklər. Sistem, dərin təlim elementləri ilə insanları tanıyan yüksək texnologiyadan istifadə edərək, yolda hərəkətlərini analiz edəcək. Bu ona yol qəzaları və hadisələrdən sovuşmaqda kömək edəcək.

Milli.Az