Fatihə surəsindəki “vələzzallin” sözündə “z” hərfi deyilməlidir ya “d” hərfi?

9 Noyabr 2019 20:40

Ərəb dilinin qaydalarına əsasən, hər bir hərfin xüsusi tələffüz şəkli vardır. Hərflərin tələffüzündə dil, dişlər, dodaqlar, qırtlaq kimi orqanlar iştirak edir. Hərflərin ağız boşluğunda tələffüz edildiyi yerlər hərflərin məxrəci adlanır. Namaz zamanı hər bir hərfi öz məxrəcində söyləmək lazımdır.

Milli.Az islam.az-a istinadən bildirir ki, bu qaydaların kobud şəkildə və qəsdən (səhlənkarlıq üzündən) pozulması namazın batil olmasına gətirib-çıxarar. Fatihə surəsində "vələzzallin" sözündki hərf ərəb əlifbasında "zal" adlanır. Bu hərfi tələffüz etmək üçün dilin yan tərəfi üst çənənin son dişlərindən birinin üzərinə qoyulur (bu dişlər yeməyi əzdiyi üçün onlara "dəyirman dişləri" deyirlər). Alimlər bu hərfi sol tərəfdə tələffüz etməyin daha rahat olduğunu yazırlar. Bu zaman "z" hərfini tələffüz etməyə çalışırlar, çıxan hərf həm "z", həm də "d" hərfinə bənzəyir, qalın tələffüz olunur.

Milli.Az