İnternet şəbəkədə Oppo Reno 3 smartfonunun bəzi xüsusiyyətləri açıqlanıb

9 Noyabr 2019 19:40

Nüfuzlu hind şəbəkə xəbərçisi Mukul Şarma Oppo şirkətinin yeni smartfonu haqqında danışıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, Çin istehsalçısının növbəti modeli Oppo Reno 3 olacaq. Mənbənin məlumatına görə, bu apparat 6,5 düymlük AMOLED ekranı və beşinci nəsil şəbəkələri dəstəkləyən prosessor əldə edəcək.

Cihazda hansı çipin quraşdırılacağı hələ bilinmir.

Şarma Tvitter hesabında smartfonda 60, 8, 13 və 2 mp sensorları olan əsas kameranın quraşdıracağını yazıb. Ön tərəfdəki modul 32 Mp olacaq.

Cihazda 8 GB RAM, 128 və ya 256 GB ROM yerləşdiriləcək.

Oppo Reno 3-ün kapotunun altında tutumu 4500 mAs olan, 30 vatt-lıq VOOC 4.0 enerji toplama dəstəyli batareya quraşdırılacaq.

Oppo Reno 3-ün buraxılış tarixi haqqında heç bir məlumat yoxdur, lakin artıq cihazın qiymətinin təxminən 470 dollar olacağı barədə fikirlər səslənir.

Milli.Az