Trend Micro şirkətinin əməkdaşı müştərilərin fərdi məlumatlarını satırmış

9 Noyabr 2019 22:20

Trend Micro şirkət daxilində baş vermiş xoşagəlməz insident nəticəsində müştərilərin fərdi məlumatlarının ələ keçirilməsi barədə xəbər yayıb.

Belə ki, şirkətin keçmiş əməkdaşı müştəri bazasını oğurlayaraq kibercinayətkarlara ötürüb.

Milli.Az ted.az-a istinadən bildirir ki, şirkətin nümayəndəsi təqribən 70 min istifadəçinin fərdi məlumatlarının oğurlandığını təsdiq edib. Onun sözlərinə görə, ümumi müştəri bazasının 1 %-i (12 milyon müştəri) kibercinayətkarların əlinə keçib.

Şitkətdaxili araşdırma nəticəsində məlum olub ki, sabiq əməkdaş müştərilərə iş üçün nəzərdə tutulan texniki dəstək bazasını ələ keçirib. Oğurlanan fərdi məlumatlar arasında elektron poçt, telefon nömrəsi, ad və soyad kimi məlumatlar da var.

Trend Micro şirkəti tövsiyə edir ki, özlərini şirkətin nümayəndəsi kimi təqdim edən şəxslərdən gələn zənglərə əhəmiyyət verilməsin. Eləcədə şirkət sabiq əməkdaşın etdiyi hərəkətlərdə "açıq aşkar cinayət tərkibi" olduğunu da etiraf edib.

Güman edilir ki, oğurlanan məlumatlar kibercinayətkar qruplara satılıb.

Milli.Az