TikTok servisi ABŞ'dakı yeniyetmələr arasında Facebook'u geridə qoydu

9 Noyabr 2019 21:15

ABŞ-da 13 yaşından 16 yaşına kimi olan yeniyetmələrin 42%-i TikTok servisindən istifadə edir. Həmin yaş qrupundan olan yeniyetmələrin 41%-i isə Facebook-dan istifadə edir. Beləliklə TikTok servisinin göstəricisi Facebook-un göstəricisini üstələyir. Sözügedən yaş qrupuna aid təmsilçilər arasında ən məşhur tətbiqlər isə Instagram (79%) və Snapchat (68%) servisləri qalırlar. Milli.Az technote.az-a istinadən bildirir ki, ByteDance şirkətinə məxsus olan TikTok servisi bu reytinqdə ABŞ-ın hansısa şirkətinə məxsus olmayan yeganə servisdir.

    Məlumatda qeyd edilib ki, TikTok servisinin məşhurluğu öz növbəsində ABŞ hökumətində sözügedən servisin öz istifadəçilərinin məlumatlarından necə istifadə etməsi barəsində şübhələr yaradır. CNBC saytının məlumatlarına əsasən ABŞ-ın xarici investisiyalar üzrə komitəsi artıq ByteDance şirkətinin vaxtı ikən ABŞ-ın Musical.ly adlı tətbiqini almasını üzrə istintaq aparır. Qeyd etmək lazımdır ki, DyteDance şirkətinin Musical.ly tətbiqini alması nəticəsində TikTok servisi yaradılıb.

Milli.Az