Rusiyada yerli proqram təminatı yüklənməyən smartfonların satışı qadağan edilib

9 Noyabr 2019 08:25

Dövlət Duması Rusiya proqram təminatı yüklənməyən smartfon və kompyuterlərin satışının qadağan edilməsi barədə qanun layihəsini qəbul edib.

Milli.Az AZƏRTAC -a istinadən xəbər verir ki, 2020-ci il iyulun 1-dən smartfon, kompyuter, "smart-TV" funksiyası olan televizorlar və bir sıra digər qurğulara mütləq Rusiya proqram təminatı yüklənməlidir. Qanun layihəsinin müəlliflərinin fikrincə, bu, Rusiyanın informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətlərinin inkişafına təkan verəcək.

Milli.Az