Huawei dünya rekorduna imza atıb

9 Noyabr 2019 08:31

"Huawei" şirkəti adi smartfondan istifadə etməklə "5G" şəbəkəsində məlumatların ötürülmə sürəti üzrə yeni rekorda imza atıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, Çin şirkəti Türkiyənin "Turk Telecom" rabitə operatoru ilə birgə "3GPP" standartına uyğun olaraq C diapazonda "5G" şəbəkəsini sınaqdan keçirib. Sınaqlar zamanı tərəfdaşlar 2,92 Qbit/s-dən yüksək sürət əldə etməyə nail olublar. Sınaqlarda "Turk Telecom" operatorunun SİM kartından istifadə edən "Huawei Mate X" smartfonu istifadə edilib.

"Huawei" şirkətinin rəsmisi bildirib ki, C diapazon və 2,6 QHs-lik diapazondan istifadə edən dünyada ilk "5G" kommersiya şəbəkələri artıq kommersiya istismarına buraxılıb.

Milli.Az