Ərdoğan: "Moskva Ankara qarşısındakı öhdəlikləri yerinə yetirməyib"

7 Noyabr 2019 16:24

"Moskva YPG/PYD terrorçularının Suriyanın şimalından çıxarılması ilə bağlı Ankara qarşısındakı öhdəlikləri yerinə yetirməyib".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O qeyd edib ki, bölgədə hələ də terrorçular qalmaqdadır və onlar mütəmadi olaraq Türkiyə qoşunlarını atəşə tutur.

Prezident əlavə edib ki, Türkiyə və Rusiya qoşunları Suriyanın şimalında patrulu davam etdirir:

"Türkiyə terrorçuluqla mübarizə üzrə danışıqlar zamanı Rusiya ilə əldə olunmuş razılaşmalara sadiqdir".

Milli.Az