"Sayıqlayıb" - Məşhur aktyordan müğənninin iddialarına sərt reaksiya - FOTO

7 Noyabr 2019 15:24

Türkiyənin məşhur aktyoru Kadir İnanır müğənni Ebru Polatın iddialarına cavab verib.

Milli.Az haberler-ə istinadla xəbər verir ki, ötən gün alış-veriş mərkəzlərinin birində görüntülənən Kadir İnanır jurnalistlərin Ebru Polatla bağlı suallarına sərt reaksiya verib.

"Elə bir şey mümkün deyil. Ebru xanım sayıqlayıb", - Kadir İnanır müxbirlərə söyləyib.

Qeyd edək ki, Ebru Polat "2-ci sayfa" verilişində qonaq olan zaman Kadir İnanırın qardaşı qızı olduğunu iddia edib.

"Nənəm babamla münasibətləri korlandığı üçün 3 övladını uşaq evinə atıb. Vəziyyəti yaxşılaşdıqdan sonra övladlarını uşaq evindən çıxartmaq istəyərkən onlardan birinin övladlığa götürüldüyünü açıqlayıb. Kadir İnanır atama çox bənzəyir. Nənəm məni "Kadir İnanır sənin əmindir" sözüylə böyüdüb", - ifaçı bu etirafı ilk dəfə, 12 il sonra etdiyini açıqlayıb.

İsmayıl
Milli.Az