Keçmiş model bacısını və qardaşlarını zəhərləyib, öldürdü - FOTO

7 Noyabr 2019 11:09

Ötən gün İstanbulda baş verən dəhşətli cinayət hadisəsi barədə məlumat vermişdik.

Milli.Az haberler-ə istinadla xəbər verir ki, 4 nəfərin zəhərlənib öldüyü hadisənin təfərrüatı məlum olub. Araşdırmalar nəticəsində cinayəti törədən şəxsin kimliyi müəyyənləşib.

Belə ki, əvvəllər modelliklə məşğul olan Oya Yetişkin adlı qadın digər ailə üzvlərinin içkilərinə sianid zəhəri qatıb, sonra da özü içib.

Oya Yetişkinin cansız bədəninin digərlərinə nisbətən daha isti olması onun cinayət törədib, sonra da özünü zəhərləməsi ilə əlaqələndirilib.

Ehtimal olunur ki, qapıdan asılan "Evdə sianid var, yaxın gəlməyin, polis çağırın" sözlərini də Oya Yetişkin intihardan əvvəl yazıb.

Qeyd edək ki, sianid turşusu həddən artıq zəhərlidir. Turşunun buxarı ilə nəfəs aldıqda və ya o dərinin zədələnmiş hissəsinə düşdükdə ölümlə nəticələnir. Sianid turşusunun buxarları paltarlara yaxşı hopur (sığınacağa daxil olarkən nəzərə alınmalıdır) və ümumzəhərləyici təsir göstərir.

Emin
Milli.Az