Rusiyada tanınmış vəkilə hücum edən şəxs belə ələ keçdi - VİDEO

7 Noyabr 2019 11:18

Rusiyanın Kemerovo şəhərində vəkillər kollegiyasının üzvünə hücum edən cinayətkar ələ keçib. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı Rusiya İstintaq Komitəsi məlumat və görüntü paylaşıb. 

Görüntülərdə polislərin "Porsche" markalı avtomobilin yanında cinayətkarı ələ keçirməsi əks olunub. 

Qeyd edək ki, noyabrın 6-da Rusiyada tanınmış vəkil olan Sergey Uçitel hücum nəticəsində xəsarət alaraq, xəstəxanaya yerləşdirilib və hazırda reanimasiyadadır.

Milli.Az