Ebru Şallı ikinci dəfə ana olmaq istəyir

7 Noyabr 2019 10:33

Ötən ay iş adamı Uğur Akkuş ilə evlənən türkiyəli keşmiş model Ebru Şallı hamilə olması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Şallı uşaqları çox sevdiyini etiraf edib.

"Uşaqları çox sevirəm. Qismət. Üçüncü dəfə ana olub-olmayacağımı zaman göstərər. Uşaqlarım da bacılarının olmasını istəyirlər", - o bildirib.

Milli.Az