Olimpiya çempionu “Kəpəz”in düşərgəsində

6 Noyabr 2019 19:44

"Kəpəz"in sadiq azarkeşi kimi tanınan olimpiya çempionu Toğrul Əsgərov doğma komandasını ziyarət edib.

Milli.Az xəbər verir ki, Əsgərov klubun baza kimi yararlandığı Gəncə şəhər stadionunda icraçı direktor İlqar Nadiri ilə görüşüb. 

Hər zamankı kimi "sarı-göylər"in çıxışını yaxından izlədiyini deyən pəhləvan komandanı tezliklə elitada görmək istədiyini bildirib. Klubdakı vəziyyətlə bağlı sərbəst güləşçiyə məlumat verən İlqar Nadiri uşaq futbolunun inkişafı istiqamətində atılan addımlardan və stadionda yeni süni örtüklü meydançanın salınmasından danışıb.

Milli.Az