Ərdoğan Türkiyə ordusunun “Barış bulağı” hərəkatında itkilərini açıqladı

6 Noyabr 2019 18:04

Türkiyə ordusunun Suriyanın şimalında apardığı "Barış bulağı" hərəkatında itkiləri açıqlanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, indiyə kimi Türkiyə ordusunun 10 hərbçisi şəhid olub.

O qeyd edib ki, hərbi əməliyyatlar zamanı Azad Suriya Ordusunun 144 üzvü həyatını itirib.

Milli.Az