Ayanın Röya arzusu

6 Noyabr 2019 20:59

Müğənni Ayan Babakişiyeva Xalq artisti Röya Ayxana səslənib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi "ATV maqazin onlarla" verilişində Röya ilə duet oxumaq istədiyini bildirib:

"Beyonsla Şakiranın formatında bir duet arzulayıram. Ondan daha möhtəşəm və ehtiraslı klip istəyirəm. Buradan Röyaya səslənirəm, səninlə duet oxumaq təklif edirəm".

Milli.Az