“Aşk-ı Memnu”: Bihter uşağının əsl atasını açıqlayacaqmı? - VİDEO

15 Aprel 2010 10:54
Behlül və Nihalın yaxınlaşması Bihteri özündən çıxarır. Evə qayıdışından sonra Behlüllə münasibətlərinin əvvəlki kimi davam edəcəyini düşünən Bihter bu dəfə yanılır. Behlül ve Nihalın nikahı tezləşdirməsi hamilə Bihter üçün növbəti şok olur.

Behlüllə Nihalın yaxınlaşması və evlilik tarixlərini qabağa çəkməsi, Bihterin çarəsizliyi ailədəki vəziyyətə necə təsir edəcək? Nihal Bihterin Behlüllə olan əlaqəsini anlaya biləcəkmi? Bihter uşağının əsl atasını açıqlayacaqmı?

"Aşk-ı Memnu"nun 69-cu seriyası bu axşam yayımlanacaq.

Milli.Az